vachach.net » Турецкие песни » Seyyid Taleh - Peyğəmbər Oğlu Can Verir

Seyyid Taleh - Peyğəmbər Oğlu Can Verir

Прослушайте и скачайте песню вашей любимой исполнитель Seyyid Taleh " Peyğəmbər Oğlu Can Verir". Кроме того, оставьте комментарий к этой песне, благодарим вас за ваше внимание!
  • Скачано: 51
  • Размер MP3: 5.73 MB
  • Длительность MP3: 6:14
  • Качество MP3: 128
  • Дата релиза: 14 июль 2024
Текст песни
Peyğəmbər oğlu can verir
Yarası dildə qan verir
Hüseyn düşübdü səcdəyə
Əmini vəhy azan verir

Ölür şəhidi Kərbəla
Ürək yara, kürək yara
Deyir mələklər ey Xuda,
Bu kimdi imtahan verir

Piyadalar, səvarələr
Yaralı cismi yaralar
Yerə süzüb sitarələr
Numaye asiman verir

Sənan əlində bir sinan
Edib cəfasini əyan
Boğazı yara mehiman
Özün oxa nişan verir

Hüseyn gözündə göz yaşı
Nə oğlu var, nə qardaşı
Düşübdü əllərə başı
Nigarə ərməğan verir

Durur əlin vurur yerə
Balalarına səslənə
Gedir Rüqəyyəsin görə
Məgər ədu aman verir

Hüseyn deyir yavaş-yavaş
Bacım məni tapardı kaş
Necə tapar calansa daş
Vəfa bağı xəzan verir

Hüseyn namaza başladı
Onu bir iddə daşladı
Səsi batıb yavaşladı
Cavabın ox vuran verir

İlahi səcdədə başım
Axır üzarə göz yaşım
Çoxalt bu suzu sazımı
Qəbul elə namazımı

Dilim sənadədir Xuda
Əlim duadadır Xuda
Başım bəladadır Xuda
Bədən aradadır Xuda
Tutubdur qan boğazımı
Qəbul elə namazımı

Azan verən balam hanı?
Axıbdı səcdədə qanı
Tutubdur yara hər yanı
Necə çıxar Hüseyn canı?
Bilirsən öz niyazımı
Qəbul elə namazımı

Əgər ki, toxdamaz yaram
Öz əhdim üstə mən varam
Gülə çəməndə oxşaram
Su versələr saralmaram
Saraltma baği razımı
Qəbul elə namazımı
Комментарии
Vachach.Net - Каталог лучших хитов. Вы можете слушать и скачивать казахские, турецкие и другие популярные песни с сайта. Вы так же можете прослушать эти песни через YouTube на странице. А так же можете ознакомиться с текстами песен.
© VACHACH MUSIC 2022. Пишите письма на: [email protected]