vachach.net » Турецкие песни » Elvin Nasir - Hardasan

Elvin Nasir - Hardasan

Прослушайте и скачайте песню вашей любимой исполнитель Elvin Nasir " Hardasan". Кроме того, оставьте комментарий к этой песне, благодарим вас за ваше внимание!
  • Скачано: 19
  • Размер MP3: 4.33 MB
  • Длительность MP3: 4:44
  • Качество MP3: 128
  • Дата релиза: 2-12-2020, 18:05
Клип на песню
Текст песни
Üstümə əzab yağır göylərdən damla damla
Hardasan ey günəşim, yazım, baharım hardasan
Yenə axşam düşəcək canımı şam yandıracaq
Haradasan ey yarım, ey nigarım hardasan
Elə bil soyuq kəsir damarlarımı şiddətlə
Qəlbimi donduracaq bu intizarım hardasan
Axı Allah səni vermişdi əmanət aşiqə
Hədiyyə cənnətdən, yadigarım hardasan
Bu vətən qürbət olubdur mənə sənsiz ey yar

Məni bihuş eyləyən eşq diyarım hardasan
Elə bil taxtı tacı yerlə yeksan olan şaham
Ey mənim səltənətim, dövləti varım hardasan?
O gedib addım izlərində mənim cəsədim var
İçimdə iniltilər, ahuzarım hardasan
Qələmim kədər yazar, canımda dərdi azar
Cəsədim yerdə qalıb gəl ey məzarım hardasan?
Kaş bilsən nə qədər, ismini dünyaya bağırdım
Ey məni edam edən, son qərarım hardasan?

Sənsiz fəsillər də yerini dəyişmiş deyəsən
Yazda qızmar günəşim, qışımda qarım hardasan?
Öldüyüm günümə qədər bezməyəcəm yar deyəcəm
Mənim eşq baxçamda, tək nübarım hardasan
Elə bir üsyan etdi duyğularım dünyaya

Yayıldı ərşə qədər aləmə carım hardasan
Nədənsə şeirlərin yoxdu indi təsəllisi
Ey mənim Bəxtiyarım, Şəhriyarım hardasan
Acılar canım yandırır mən isə öyrəşirəm
Hardasan ey bidərd ruzigarım hardasan?
Kor olar gözlərim ki mən o qədər ağlayaram
Sağ gözümdə sevincim solda qubarım hardasan?
Elə bil ruhumu zəncirlədilər cəhənnəmə
Canımda dözüm yoxdu səbrü qərarım hardasan?

Комментарии
Vachach.Net - Каталог лучших хитов. Вы можете слушать и скачивать казахские, узбекские, турецкие и другие популярные песни с сайта. Вы так же можете прослушать эти песни через YouTube на странице. А так же можете ознакомиться с текстами песен.
© VACHACH MUSIC 2020. Пишите письма на: [email protected]